0-3 ay körpələr və qulluq

0-3 ay körpələr və qulluq

Hər kəsə salam.Bu paylaşımda sizlərə 0-3 ay körpələr,bu ayda yaşanacaq problemlər və həll yolları haqda yazacağam.Başlayaq…

Qidalanma:

Körpə doğulduğu andan etibarən ana südü ilə qidalanmalıdır.İlk süd ağız südü adlanır və körpə üçün ilk peyvənd hesab olunur.Əgər südünüz yoxdursa suni süd qarışığından istifədə edə bilərsiniz.Sizin körpəyə ən uyğun olanı həkiminizlə məsləhətləşin.Süni süd 1(0-6ay),2(6-12 ay),3(12-18 ay) olaraq nömrələnir.Mən NAN firmasından istifadə edirəm.İlk dövrlərdə körpənin mədəsi yumurta böyüklükdə olduğu üçün gündəlik hər 2 və ya 3 saatdan bir süni süd 60-80ml verilə bilər.Ana südü isə limitsizdir.Qidalanmadan sonra uşağın qazını çıxartmaq mütləqdir.(Üzü sinənizə tərəf dik tutun və kürəyindən aşağıdan yuxarı vurun.)

Qaz sancıları və Kolik:

Qaz sancıları bu dövrdə qaçınılmazdır.Xüsusi idman hərəkətləri,üzü üstə uzatmaq,çimizdirmək,masaj etmək,qarna isti dəsmal qoymaq sizə kömək edəcək.Bu dövrdə ana öz yeməyinə xüsusi diqqət yetirilməlidir.Köp üçün xüsusi dərman vasitələri sizin əsas köməkçiniz olacaq.Mən Colispas damcısından istifadə edirəm.HİPP markasının Razyana çayını istifadə etməyinizi şiddətlə tövsiyyə edirəm.Nanəcövhər ilə qarnı saat istiqamətində masaj edilməli və ayaqaltı masaj edilməlidir.

Qeyd:Əgər qaz sancılarınız keçmir və pis qoxu müşaiət edirsə “Laktoza intoleransı”-dan şüphələnə bilərsiniz.Bu zaman süni qidanı “Laktozasız” olanından istifadə etməlisiniz.

Oyunlar və idman:

İlk 1. ay sadəcə yataraq və qidalanaraq keçir.2 aydan etibarən isə artıq səslər çıxarmağa,gözü ilə sizi izləməyə,işığı izləməyə başlayır.3 ay isə artıq ana və atanın üzünü tanıyır,sizi gördükdə gülümsəyir.Bu aydan etibarən üzü üstə düz səthə uzatmalısınız və 10-15 saniyə başını dik saxlamalıdır.Bunu etdikdə diqqətinizdə saxlamalısınız.Beşiyindən asacağınız fırlanan oyuncaqlar həm beyin,həm də görmə qabiliyyəti üçün faydalı olacaqdır.

Yuxu rejimi:

Yenidoğulan və 1 aylıq körpə günün 90% -i yataacaqdır.Hər 2 saatdan bir qidalanmaq üçün oyana bilər.2aydan etibarən gündə 16-18 saat yuxu, 3.ayda isə 14-16 saat yuxu rejiminə keçəcəkdir.Körpələrinizə 4. aydan etibarən yuxu təlimi keçə bilərsiniz.

Yorum bırakın