Genel

Yulaflı peçenyələr

Salam.Uzun aradan sonra sizə yulaflı  peçenyelərimi sizinlə bölüşmək istəyirəm🍪Pəhrizdə olanlar da istifadə edə bilər😘

●Tərkib●
1/2  st kokos,1/2st qoz rəndəsi
1st zeytun yağı
2st yulaf
1/2st quru meyvə.
1st tam buğda unu
1qabartma,1ç/q soda
2x/q bal
3x/q su,1x/q süd.
▪Hazırlanışı▪
Kokos,un,yulaf bir qabda qarışdırılır.Quru meyvə,qoz,soda,qabartma əlavə edilib qarışdırılır.Zeytun yağı,süd,su,bal əlavə edilib bərk olana qədər qarışdırılır.Yağlı kağızın üstünə istədiyiniz formada qoyub 180°C-də 10dəq bişirin.Çox saxlamayın soyuduqdan sonra bərkiyəcək.
1fincan kofe ilə yeyin.Nuş olsun!😀
Əgər məni instagramdan izləmirsinizsə bura tıklayın👉izlə məni

Genel

Modanın kraliçası.Coco Chanel

Dünən instagramda “İt girl” haqqında yazmışdım.Təbiiki bu anlayış 21əsrə xas deyil.Moda dünyasının kraliçası Coco Chanel o dövrün modaya yön verən qadınlarından ilki idi.Əgər sizin üçün maraqlıdırsa buyrun oxuyun♡

Coco Gabriel Chanel

Chanel və bacısı anası öldükdən sonra  atası tərəfindən yetimxanaya gətirilib və burada böyüyüb.Yetimxanadan qaçaraq bacısı ilə qazinoda oxuyur,dərzilik edirdi.Əslində Coco onun öz adı deyil ləqəbidir.O bu ada qazinoda oxuduğu “Qui qu’a vu Coco?” mahnısındaki Coco ləqəbi ilə tanınmağa başladı.Əslində bu andan etibarən Coco öz yeni həyatına başlamış oldu.1908ildə Boy Chapel adlı zadəgana aşiq olur və onunla birgə yaşayıb onun əlaqələrindən istifadə edərək yüksəlməyə başlayır.1910ildə 21ədəd şlyapa dükanı açaraq moda həyatına ilk uğurlu addımını atıe.1913ildə qadın idman geyimlərinin təqdimatını edir.1921ildə Chanel No5 ətrini dünyaya tanıdır.Ondam ətrin adının niyə No5 olduğunu soruşduqda isə 05.05 tarixində moda nümayişlərinin keçirdiyini və 5rəqəminin ona uğur gətirdiyini deyirdi.Bu ətrin yüksəlməsinə Marlyn Monroe’nin roluda böyük olub.O öz müsahibələrində ChanelN05 ətrinin ona yatmaqda kömək etdiyini və onun sevimli ətrinə çevrildiyini deyir.😍1922ildə Chanel No22,1924ildə Cuir De Russie,1925ildə Gardenia ,1926ildə Bois Des İles kimi ətirlər çıxartdı lakin ilk ətir kimi səs gətirmədilər.II Dünya Müharibəsi dövründə həbs olunur,daha sonra öz evində haute  couture   geyimlər hazırlayaraq o dövrü keçirdir.

Coco ilə ilklər🕴

2000ildə Chanel ilk “unisex” saatları yaradır.
Coco Chanel ilk dəfə qadın üçün şalvar yaratdı,qadınları böyük güpürlü şlyapalardan qurtararaq daha sadə olmağa kömək edir.Onları dar korsetlərdən çıxardaraq azadlıq verir.
Coco kişilərin hökm sürdüyü biznes dünyasında öz adı ilə tanınan ilk qadındır.
✔Coco ömrünün  30ilini oteldə yaşadı.
✔Coco öz məzar daşını dizayn etmişdir.
✔Coco qadınlar üçün kostyum dəstini yaratdı.
✔Coconun ruhuna uyğun heyvan şir idi.
✔Coconun favorit rəngi qara idi.
✔Ömründə bir dəfə tək aşiq olduğu insan ölərkən ağlayıb.
✔Şəxsiyyət vəsiqəsində soyadı Chasnel idi.
✔Coco bazar gününə nifrət edirdi.
▪Coco haqqında filmlər:
1.Coco before Chanel
2.Coco Chanel& İgor Stravinsky
■Cocodan statlar:
1.Moda keçər stil qalar.
2.Bir qadının ən çılpaq halı,ən yaxşı geyindiyi zamandır.

Genel

Qubada 1gün.

Salam hər kəsə.Məni çoxdan izləyənlər və yaxınlar bilirki gəzmək deyəndə mənim üçün axan sular durur.Bu dəfə 1günlük də olsa Qubaya getdim.Səhər saat 06:00da yola çıxdıq.Biz bura ailəlikcə getdiyimiz üçün kafe,restoran kimi yerlərdə nəsə yemək yerinə özümüz hazırlamağı üstün tutduq.Qəçrəşdə kamp qurduq,samovar çayı ilə səhər yeməyimizi etdik.Yenidən rayonun təbiiətini kəşf etməyə qoyulduq.Gül,çiçək təmiz hava sevən birisizsə məncə oteldə,evdə oturmaq yerinə bütün gün gəzmək ən yaxşı seçimdir.Doyunca gəz acdıqda yemək hazırlayıb ye.Çoxda danışılacaq bir şey yoxdu lakin sizlərə bu təbiiətdə çəkdiyim şəkilləri göstərməsəm özümü pis hiss edərdim.

Saçlarına gül düzüm😍

Oxuyanlar instagramda bu yazı ilə bağlı postun altına 🌷🌻🌼🏵🌺💮🌹 emojilərindən birini qoysun😉

Genel

Divarları birgə aşaq.

Bugün ailələr və biz gənclər haqqında danışacam.Mənim düşüncələrim haqqında bilmək istəyirsinizsə oxumağa davam edim.

Keçən dəfə instagramda “kəşf et” hissəsində qarşıma  çıxan bir paylaşımda yazırdıki “Dünyanı dəyişəcək insanlar 90ların uşaqlarıdır amma bu uşaqlar ailə basqısından,mentalitetdən bezərək ölkədən qaçmağa cəhd edir” Bu fikrin hər cümləsi doğrudur.Bir dönüb özümüzə,ətrafımıza baxaq.Neçəmiz olduğumuz yerdən razıyıq?

Ailələrimiz ətrafımıza divarlar çəkir.Bunu bizi qorumaq üçün etdiklərinidə çox yaxşı bilirəm.Yıxılmağımızı istəmirlər amma yıxıldığımızda dizlərimizdə yaranan hər yaranın bizə bir təcrübə olduğunu bəzən unudurlar.Bizə təcrübələrindən bəhs edərkən əslində bizim öz övladlarımıza verəcəyimiz təcrübələrdən məhrum edirlər.Valideynlər sənə güvənirəm amma ətrafa yox kimi bayağılaşmış cümləni şüar halına gətiriblər.Həyatı dərk etmək üçün yıxılaraq, yenidən ayağa qalxaraq öyrənə biləcəyimizi düşünmürlər.Yeniliklər öyrənmək,təcrübə qazanmaq,dünyanı kəşf etmək,dünyada iz qoymaq kimi bütün həvəslərimizi heç sayıb bizi idarə edirlər.Bunu bizi sevdikləri üçün etdiklərinidə bilirik.Amma bizim istədiyimiz arxamızda durub bizə arxa olmaqları deyil.Bizim istədiyimiz bizimlə birgə bu yolda yeriməkləridir.

Qız övladı olan valideynlər öz qızlarını çölə oynamağa göndərmirləki,ətrafdakılardan qoruyuruq.Məktəbə,universitetə göndərmirlərki,şəhər mühitində pozularlar.Qadın dediyin  başını aşağı salıb evində oturar,yemək bişirər,uşaq böyüdər.Bəs savadsız bir qadının böyütdüyü övlad necə biri olar? Məncə biraz bu haqda düşünmək lazımdır.Qorumaq adı altında uşaqlarınızı divarlar içində böyütməyin.

Oğlan övladı olan valideynlər isə doğulandan ana,ata sözü yerinə öz uşaqlarına söyüşlər öyrədirlər.Oğlandı edər,oğlandı gəzər,qoy bacısına qarışsın nidaları altında böyüyən uşaqların gələcəkdə hər hansısa bir yerə malik olmadığı açıq-aşkardır.

Analar,atalar…

Xəyallarımız var,məqsədlərimiz var.Böyükdə olsa məqsədlərimiz var.Yanımızda olun.Biz yıxılanda əlimizdən tutub bizi qaldırın.Arxamızda yox yanımızda olun.Bizi səhvlərimizlə sevin.Zəifliklərimizlə,nöqsanlarımızla bizi sevin.Yaşamağımıza,təcrübə qazanmağımıza,kəşf etməyimizə,sevməyimizə,aşiq olmağımıza icazə verin.Bizi 4divar arasına salmayın,o divarları birlikdə aşmaq üçün bizə kömək edin.

Biz sizi hər halınızla sevirik.Sizdə bizi hər səhvimizlə sevin.

SƏYAHƏT

Kiçik Şəki turum.

Salam.Necəsiniz ballar?Bugün sizə 2günlük Şəki gəzintimdən danışacağam.Əslində bura toy üçün getsəmdə gəzmədən edə bilmədim.Şəkiyə gedərkən yol üstündə bütün rayonlarda gəzərək şəkillər çəkdirdim.İstirahət etmək üçün əsl vaxt may ayıdır.Hər tərəf yaşıllıq,rəngarəng çiçəklər,hava isə bir qədər soyuq idi.Biz 7nəfərlik bir komanda ilə getdik səhər və günorta yeməyi,2dəfə çay süfrəsi daxil olmaqla cəmi 30azn xərcim çıxdı.Şəkidə gəzdiyimiz müzeylərin pulu isə bura daxil deyildi.✌

Yolüstü Qəbələ,Oğuz,İsmayıllı rayonlarında dayanaraq biraz ətrafı gəzdik.Yaşıllıq,təmiz hava,buz kimi suyu çox gözəldir.Mənim fikrimcə  bir neçən ilə Bakıdan daha gözəl bir yerə çevriləcək.

20170427_131519.jpg

Şəki Xan sarayına giriş üçün 5azn ödəyib içəri daxil olduqdan sonra hər kiçik müzey  üçün 2azn ödənilir.Içəridə tarixi xalçalar,qablar,tarixi əşyalar var)))

Şəkiyə gedərkən mütləq etməli olduqlarınız:

1.Şəki Pitisi yemək

2.Şəki halvası yemək.Ən məşhuru ƏliƏhməd şirniyyat evi

3.Şəki Xan sarayını gəzin.

4.Kiş Alban Kilsəsini gəzin.

5.Şəki Xalq İncəsənət müzeyini gəzin.

Həftəiçi kiçik bir gəzinti oldu.Xarici ölkəyə çıxış imkanı olmayanlar Azərbaycanın çox əla turistik regionlarına yollarını salsınlar.

Bura qədər oxuyanlar instagramda son şəkilin altına Mavi ürək emojisi qoysun.Öpüldünüz)))

Genel

Coachella 2017

Salam ballar.İnstagramda görməkdən sıxıldığımız Coachella haqqında yazmağı an etibarilə yazmağa qərar verdim.15aprel tarixindən başlayan və hər il gerçəkləşən bu festivalın tam məqsədi bəlli olmasada əsas olan əylənməkdir.Bütün məşhurların,youtuberlərin qatıldığı bu festivalda mənim ən bəyəndiyim və bəyənmədiyim stillər,Coachella dedikdə ağlımıza gələnlər haqqında bir-iki şeydən bəhs etmək istəyierəm.

VS mələklərinin,bloggerlərin axın etdiyi buy festivalda əsasən glitter,ekiz topuzlar,bohem aksesuarlar,çiçəkli donlar,kimonolar,müxtəlif qrupların adı yazılı olan rock stil tişörtlər,iri çantalar,şlyapalar,sarı,yaşıl,çəhrayı şüşəli eynəklər özünü göstərdi.

Jennerlərə ayılıb-bayılsamda bu dəfə “kuş ölde beybii” deyirəm.Coachellanın o bohem stilinə uyğun olmayan Kaylie o ayaqqabı ilə gələndə hansı kafada olub görən?Kendall desən gedim şəkil çəkdirim deyə gəlib rəsmən amma bacişkosundan daha tarz görünür.Hailey isə ayaqlarını əyri göstərən şalvarı ilə gözümdən düşdü,eynəyini isə sevdim.

Negin və Duygu tək kəlimə ilə möhtəşəmm…

Best couple,cute falan filan.Siz Azərbaycanda olun görüm belə şeylər edə bilirsiz???Negin və həyat yoldaşı ayrı bi tatlılar…

Coachella dedikdə ağla ilk nə gəlir???

1.Denim şortlar

2.Gün eynəkləri

3.Flash tattoo,glitter,sticker.

4.Çiçəkli taclar,donlar,crop toplar

5.Topuzlar və ya dənizdən çıxmış kimi dalğalı saçlar

6.Sandallar,şlyapalar

7.Qarpız)))

Sizin ən sevdiyiniz Coachella stilləri nələrdir?Kimləri bəyəndiniz? instagramda son fotonun altına rəy yazmağı unutmayın.Əgər bu postu oxudunuzda son fotonun altına “qarpız” yazın və ya emojisini qoyun.Öpüldünüz…

Genel · MOTIVASIYA

Hədəflərə çatmaq üçün 5yol.

Salam ballarım.Necəsiniz?Bugün boş vaxtım çox olduğundan sizə post yazım dedim və çoxumuza maraqlı ola biləcək bir mövzuda öz üsullarımı bölüşmək istədim.Hazırsınızsa keçək posta…

1.Həyəcan və narahatçılıq.

Bir işə yeni başlayarkən hər kəs “necə edəcəm?”,”qorxuram axı” tipli cümlələr  qurur.Əgər uğurlu bir iş alındırmaq istəyirsinizsə və ya hədəflərinizə daha tez çatmaq istəyirsinizsə içinizdəki bütün narahatçılıqları,qorxuları,yersiz həyəcanı atın.Nə üçün “yersiz həyəcan” dediyimi indi izah edəcəm.Əgər bir işə başlamaq üçün içinizdə heç həyacan olmazsa onu etmək üçün yetərincə motivasiyanız olmayacaq və ya başladığınız işi yarımçıq qoyacaqsınız.

2.Keçmişi unut gələcəyə bax.

Yeni işə başlayarkən,gələcək üçün yeni planlar qurarkən keçmişdəki bütün səhvlərinizi,uğursuzluqlarınızı boş verin.Gələcəyiniz üçün çıxdığınız bu yolda yıxılacaqsınız amma yenə ayağa qalxdığınız müddətcə nələrisə bacaracaqsınız.Başqa cür imkansızdır.

3.Ətrafınızdakı lazımsızları təmizləyin.

Lazımsızlar kateqoriyasına insanlar,əşyalar,musiqilər və s aid edirəm.Sizi hədəflərinizə gedən yoldan zorla çəkən,istiqamətinizi dəyişdirən insalar sizin məhz yaxınlarınız olacaqdır.Bəzən sevgiliniz,bəzən nişanlınız,bəzən ananız,bəzən ən yaxın dostunuz.”Qadın geyim markası açmaz”, “mənim sevgilim ancaq evində oturmalıdır”, “Sən boş-boş xəyallar qurursan”, “Arvad uşaqlarına baxar,əri çörək qazanar” bu tip cümlələr çox heyiflər olsunki günümüzdə də çox tez-tez eşidilir.Siz hədəflərinizin,məqsədlərinizin arxasında olun,belə insanları həyatınızdan çıxarın.Unutmayın sizi siz edən etdiklərinizdi,işlərinizdi həyatınızdakı 3-5 insan deyil.Məsələn,kariyeranız bir səhər oyanıb “mən səni sevmirəm” deyə bilməz)))

Hər yeni gün,insanların edə bilməyəcəyinizi etmək üçün yeni bir fürsətdir.

–Hilmi Işıkören

 

4.Başqalarının fikirlərini dinləyin amma çoxda önəmsəməyin.

İnsanlar siz bacardıqca,səsinizi duyurduqca sizi qısqanacaqlar.Bu sizin doğru yolda olduğunuza işərətdir.Bir müddət sonra “məncə sən səhv edirsən”, “belə eləməsən yaxşı olaree” kimi cümlələr quracaqlar.Boş verin bu boş cümlələri.

Sənin haqqında deyilən pis sözlərə fikir vermə.Hətta sən suyun üstündə gəzə bilsəydin belə əmin ol ki kimsə deyəcəkdi: “Ona bax üzməyi bacarmız”

–Marqaret Tetçer.

5.Özünə inan.Şüphə etmə.

Özünə inam ən vacib olan şeydir.Dozundan artıq olduqda “ego”ya çevrildiyi üçün bəzən təhlükəli hal alır.Ağıllı qadınlar bunu dozunda tutmağı bacarır.Heç vaxt özündən şüphə etmə.Sən bacaracaqsan nələrisə qurban verəcəksən,kimlərisə itirəcəksən,yeni insanlar qazanacaqsan.Onu bilki sonunda sən xoşbəxt olacaqsan.

Özünüzü sevin,inanın.Xoşbəxt olmaq sizin də haqqınızdır.

 

Genel

Telefonumdaki yararlı 8proqram.

Salam.Necəsiniz?Bu soyuq havalarda özünüzə yaxşı baxın.Yaşıl çayınızı,kofenizi süzün keçin blogumun qarşısına. ;)Bu günki mövzu telefonumda faydalı hesab  etdiyim bir neçə app haqqında olacaq.

FOTOQRAFİYA

  1. VSCO-Bir çox blogger,youtuber öz fotolarını bu app vasitəsilə editləyir.Ən çox istifadə etdiyim A5 və C1 effektləridir.
  2. T0olWiz-Şəkillərinizə qeyri-adi hava qatmaq istəyirsinizsə əla app-dir.
  3. PicsArt-Şəkillərinizi müəyyən formaya salmaq,çərçivələmək istəyirsinizsə bir nömrədir deyə bilərəm. Aşağıdaki foto Samsung S7 Edge ilə çəkilib və bu  3 proqram vasitəsilə editlənib.

20160815_171012

Səyahət

  1. Booking.com-Səyahət edəcəyiniz ölkələrə ucuz bilet ala bilər həmçinin ən ucuz otelləri tapa bilərsiniz.
  2. Wizz Air-Ən ucuz biletləri tapım qabaqcadan sifariş etmə imkanınız var.
  3. HERE WE GO-Bu app vasitəsilə getiyiniz ölkənin bütün nəqliyya sistemini öyrənə bilərsiniz.Hansı küçədən hansı avtobus,taksi keçir və s.Ən müsbət cəhəti offline işləməyidir

Kitablar.

  1. Seslenen kitab-burada pullu və pulsuz kitablar mövcuddurki,səsli şəkildə dinləyə bilərsiz.
  2. Wattpad-Burada siz həm hekayə,roman yaza bilər həm də yazılmışları oxuya bilərsiniz.

Sizin məsləhət bildiyiniz proqramlar varsa  yazmağı unutmayın.

Genel

Mart Favoritləri

Salam ballarım.Necəsiniz?Bugün sizə mart ayında ən sevdiyim filmlər,kitablar,seriallar,məkanlar və s haqqında yazacam.Əgər sizin üçün də maraqlıdırsa oxumağa davam edin.

Serial və Filmlər.

1.İzombie(serial) hələ 2sezonu olmasına baxmayaraq məni özünə cəlb edib.Həm xəfiyyə,həm tibbi,həm də fantastik janrların birləşməsi ilə əla bir serial olub.Beyinlər maraq dairənizdədirsə mütləq izləyin.

2.Vatanım sensin.Vətənpərvərlik ruhu yüksək olan bir serialdır.İndiyə qədər ağladığım tək serialdı deyə bilərəm.Atatürk aşiqi biri olaraq deyə bilərəmki mükəmməldir.

3.The Danish girl(Danimarkalı qız)-Bu filmlə bağlı deməyə çox sözüm yoxdur.Əgər homofobik deyilsinizsə izləməlisiniz.Burda mənə görə bir çox məna var idi,təbii ki hər insanın həyata baxdığı pəncərə eyni deyil.

Musiqi

1.Miri Yusif-Tərki dünya.Miri Yusif fanı olduğum üçün dediyimi qəti düşünməyin bu adamın səsi möhtəşəmdir.Tərki dünya isə sizə dünyan tərk etdirəcək bir mahnıdı.Klip,musiqi,sözlər birlikdə bir ahəng təşkil edir.

2.Passenger-The long road.Ümumilikdə desəm “Passenger”in bütün mahnıları mənə motivasiya verir.Kefim olmayanda,blog yazmağa ərindikdə mahnılarını dinləyərək özümə gəlirəm.download

Kitablar.

1Marc Levy-Bəlkə də bu,həqiqətdir.Əgər tibbi-araşdırma tipli kitabları sevirsinizsə bu əsl sizlikdir.Kitabın dili sadədir,oxuduqca məkan,hadisələr gözünüzün qarşısında canlanacaq.

2.Francine Jay-Azla mutlu olmak.Az əşya ilə sizin xoşbəxt olacağınız desəm mənə nə deyərdiniz?

Kosmetika

1.Giordani Gold “Dəb ikonası” dodaq boyası-məndəki rəngi klassik qırmız(jurnal nömrəsi30454)

2Narciso rodriguez-tünd iyi olmasına baxmayaraq mən sevdim amma mənim fikrimcə qış aylarına daha uyğun ətirdi.Yaz-yay aylarında daha yüngül ətirlərdən daha çox çiçək və vanilyan iyləri seçimim olur.

Məkanlar.

1.Tarhun-Gülərüz qulluq,səliqəli servis və məkanın ümumi səliqəsi və dekori ilə əla yerdir.Menu daha zəng olsa lap əla ola bilər deyə düşünürəm.Qiymətlər isə olduqca münasib idi.

20170330_143430.jpg

2.Künefe evi-əsl tələbə məkanı qiymətlər  çox münasib idi.Personal gülərüzdür.

Məndən bu qədər.Özünüzə yaxşı baxın rəy yazmağı unutmayın.

Genel

Təbii içkilər.Asan səhər yeməkləri.

Salam ballarım.Necəsiniz?Ümid varamki,yaxşısınız.Bugün sizə həm asan,həm də sağlam səhər yeməkləri haqqında biraz danışmaq istəyirəm.Bayramdan sonra hamımızda müəyyən ağırlıq olur.Bunlardan azda olsa uzaq olmaq istəyirsinizsə mənim bloqum ən doğru yerdir.

1.Dadlı su-Su içmək bir çoxumuzun düşmənidir.Suyun bədənimizi necə gözəlləşdirdiyi haqda yazmayacağam sizə düşməni necə dosta çevirə bilərik o haqda yazacağam.

2litr suya zəncəfil,çubuq darçın,alma,portağal,limon dilimləri əlavə edirik.Meyvələrin aroması suya keçir.Və sizə əla dadlı su…

20170324_143042.jpg

2.Smoothies- həm ən sağlam səhər yeməyi,həm də uzun müddət tox tutan içkidir.

Resept1.

1banan

5badam,tarçın,zəncəfil

150ml süd

1/2 yaşıl alma -blendr vasitəsilə yaxşıca qarışdırılıq və içkin hazırdır.

Resept2.

İlk qat üçün– 1/2 st yulaf

İkinci qat–Süzmə qatıq

Üçüncü qat–1/2banan və 1ovuc mövsüm meyvələri.

7c9a6a760d0739b004edf20cfea591a6

Reseptlər fotodadır.354fc1d34ae84100f34c1aaef9ae5ba7.jpg

Kahı və ıspanaq əsəs tərkib hissəsidir.

Bloqda görmək istədiyiniz mövzular varsa yazaram bildirə bilərsiniz.

İnstagram @ulvyeh_blog

Genel

Kapsul gardrop.Minimalizm(1960’lar)

Salam ballarım.Necəsiniz?Bu gün sizlərə kapsul geyim şkafı,bunun yaratdığı minimalizm və mənim olmazsa olmaz geyimlərim haqqında danışmaq istəyirəm.Hər sezon əvvəli Zara,Mango və s kimi markalarda 50%-ə yaxın endirim olur.Və biz qadınlar endirim adı eşidən kimi axın edib lazım oldu-olmadı nə olsa alırıq.Heç vaxt geyinməyəcəyimizi bilə-bilə bir gün kombin edərəm deyərək aldığım paltarlarım var ki hələ də etiketləri üstündədir.

Kapsul gardrob`un  ilk dəfə necə yarandığını instagramda yazmışam.Bu postu oxuyursunuzsa demək ki,məni orda izləyirsiniz.Yox əgər izləmirsinizsə də @ulvyeh_blog takip edin)))

Kapsul gardrob hər zaman kombinlənə biləcək,hər bir stilə uyğun,zamansız parçalardır.Yəni,illər keçsə də dəbdən düşmürlər.Həm büdcəyə,həm də sizin stilinizin yaranmasına xeyirdir.Fərqli stildə və sevdiyiniz rənglərdə geyimlər alaraq sınaya-sınaya öz stilinizi yarada bilərsiniz.

Mənim hər zaman garderobumda olan geyimlər isə belədir…

1.Sadə rəngli tişörtlər.Hər zaman kombinləmək asandır.Həm sport,həm də klassik stildə kombinlənə bilər sadəcə bir neçə iddəalı aksesuara ehtiyyacımız var.

3dcaeec6c2de1d14872b19447837022f

2Qara cins şalvar.Həm arıq göstərir həm də bir çox parça ilə uyğunlaşdırmaq asandır.

.f1661ea533c64d21e629223875f86d41

3.Ağ idman ayaqqabıları.Tək kəlimə ilə əladır.0526a4152615c3f59f5f70d69912ccc6.jpg

4.Bel çantası.Klassik model,dəri çantalar mənim üçün favorit parçalardır.Hər şeyi içinə at çıxx…

6b856fa2aeeae2b109b7de490b83e5e5

5.Dəri və cins gğdəkçələri   kim sevməzki?Yaz-payız havalarının vazgeçilməz parçası.Bu il biraz həddi aşaraaq 6 ədəd almış ola bilərəmm.Cinslər də isə seçimim boyfriend modellərdi.

 

6.Qol saatları və eynəklər.Fərqli modellər bəzən isə klassik modeldə olan saatlar geyimə fərqli hava qatır.Eynəkləri özümə çox yaraşdırmasamda mənim də klassik bir modelim varki onun hər rənglisini almışam.Bu il trend olan şəffaf şüşəli eynəkləri isə qəti sevmədimm…

Bəs sizin favorit parçalarınız nədir?

İnstagram- @ulvyeh_blog

 

Genel

Mənim haqqımda 20 fakt

 

1.Əqrəb bürcüyəm və bütün özəlliklərini daşıyıram 19 yaşım var.

2.İlk baxışdan çox ciddi biri olduğumdan insanlar ünsiyyətdən çəkinir.İlk dəfə danışdıqdan sonra isə bütün düşüncələri dəyişir.(Özləri belə deyir)

3.Gəzməyi,oxumağı,insanları dinləməyi sevirəm.

4.Kələm,kök olan yeməkləri yemirəm.4-5 ay “Vegan” qidalanmışam.

5.Ölkələrə səyahət etməyi sevirəm.Məni tarixi məkanları cəlb edir.

6.İnsanlara güvənməkdə problem yaşayırm.”Babana bile güvenme” cümləsinə inanıram.

7.Alış-verişdə istır 1 parça istərsə də 10 parça alım çox vaxt sərf edirəm.Çox qərarsızam

8.Qırmızı və bənövşəyi rənglər favorimdir

9.Pianino çala bilirəm.Post-Rock tərzində musiqilərlə yanaşı klassikləri dinləməyi sevirəm.

10.Heç vaxt aşiq olmamışam hətta sevgiyə inanmıram.

11.Gecə gec yatıram,əsəbi olduğum üçün yuxuya gec gedirəm.

12.İnsanlar hətta ailəm belə məni tam olaraq tanımır.Heç kim məni tanıdığını idda edə bilməz.

13.Realistəm.Xəyal qurmaq yerinə qarşıma məqsədlər qoyuram.Onlara çatmaq üçün əlimdən gələn hər şeyi edirəm.

14.Əsəbi olanda dəniz,səma şəkilləri məni dinləldir.

15.Qulaqcıqla musiqi dinləməyi sevmirəm.Ən çox 10-15 dəq dinləyirəm(əgər məcburamsa)

16.Oturduğu yerdən hər şeyin yolunda getməyini gözləyən insanları anlamıram.Həyatda heç nə “halva biş ağzıma düş” olmur.

17.Həyatda ən çox özümü sevirəm.Yox-yox “Ego”lu biri deyiləm

18.Ən çox payız fəslini sevirəm.Hər il ad günümdə yağış yağır.Doğulduğum gündə daxil olmaqla.

19.Simmetrik pozğunluq xəstəliyim var.Top falan atarkən həmişə sağa meyilli atıram

20.Əla yemək bişirirəmmm…

—Məndən bu qədər.Sizdə özünüzlə bağlı xüsusiyyətləri yazın oxuyum.Mənim üçün çoox maraqlıdı)))

f50ea608a5a5110b3e51a70b695578a2

İnstagram:@ulvyeh_blog