NEW YORK MODA HƏFTƏSİ

NEW YORK MODA HƏFTƏSİ

Biz payıza yeni keçmişkən dizaynerlər yaz-yay kolleksiyalarını tanıtmağa başladı.7sentyabr-15 sentyabr arasında baş tutan NYFW SS18-də baş verənlər,diqqət çəkən nüansları sizinlə bölüşəcəm.Xoş oxumalar…

Rihannanın Puma ilə ortaq kolleksiyası öz sözünü dedi və gündəmə oturdu.Çəhrayı qumlu,motosikletlər  ilə səhnə şovları  çox bəyənildi.Topuqlu “vetnamka”lar  geyimlər içərisində diqqət çəkirdi.

MANSUR GABRİEL  FALL-WINTER17/18

Öz çantaları ilə tanınan Mansur Gavriel ilk hazır geyim kolleksiyası ilə podyumda yerini aldı.Nude tonlarla yanaşı sarı,qırmızı,xardal rənglər əksəriyyət təşkil edirdi.Dizaltı üst geyimlər,maskülen tərzdə kostyumlar olmazsa-olmazlardan idi.

wp-image-1815795663

VİCTORİA BECKHAM SS18

Bu xanımı çox bəyənirəm eləcə də,kolleksiyasını çox bəyəndim.

Kolleksiyada əsas rənglər; mavi və tonları,ağ və qaranın mükəmməl uyumu,somon,qırmızı

Zolaqlar,midi paltolar,midi ətəklər,klassik şalvarlar idi.

3.1 PHİLLİP LİP SS18

Bəyəndiklərim arasında öz yerini aldı.Buna səbəb isə sadə,rahat eyni zamanda diqqət çəkən olması idi.

ANNA SUİ SS18

Heç sevmədiyimi qeyd edib sizinlə şəkilləri bölüşmək istiyirəm.Hippi tərzini xatırlatdı bütün geyimlər.Siz nə düşünürsünü?Sadəcə Gigi Hadidin geyindikləri biraz cəzb edici idi.

Oscar de la Renta SS18

Demək olarki hər parçasını almaq istədiyim kolleksiya idi.Çox bəyəndim…

CALVİN KLAİN SS18

Kolleksiyaya göz atdıqda püsküllər,zolaqlar,ağ və qaranın ahəngi özünü göstərir.Çiyinlər hər zamanki kimi çöldə 😉

Prabal Gurung SS18

Rənglər: tonsürton,mavi,yaşıl,ağ,xardal.Volanlar donlarda və köynəklərdə daha çox istifadə olunub.Kök(Havuç-az tv iş başında) model klassik şalvarlar bu il trend olacaq .

 

 

Mənim sevdiklərim və sizə çatdırmaq istədiklərim bu qədər idi.Digərlərini izləmək istəsəniz RUNWAY  və NYFW instagram səhifəsinə göz ata bilərsiniz.Sizin sevdikləriniz kimlər oldu?Bura qədər oxudunuzsa instagramda son postun altına “kəpənək” yazın və ya sadəcə emojisini qoyun.Öpüldünüz

Yorum bırakın