Nina Ricci İtalyada doğuldu fransız oldu/Nina Ricci(designer&brand)

Nina Ricci İtalyada doğuldu fransız oldu/Nina Ricci(designer&brand)

Bir müddətdir ara verdiyim moda tarixi postlarına Nina Riççi ilə dönüş edirəm.

↪Hamının Nina Riççi olaraq tanıdığı bu məhşur qadın Mariya Nielli 1883-cü ildə İtalyada doğulub.Nina onun ləqəbi,Riççi isə həyat yoldaşının soyadı idi.Onun atası çəkməçi olub və yaxşı qazanc əldə etmək üçün Parisə gəliblər.Fransada olarkən atası rəhmətə gedib və Nina pul qazanmaq üçün 12yaşında olarkən dərzi yanında işə başlayıb.Ninanın yaşı kiçik olduğu üçün ona hər zaman bəsit işlər tapşırılırdı,lakin o dayanmadan işləyir və yaxşı dərzi olmağa can atırdı.Daha sonra Nina 18yaşına çatdıqda o atelyenin başçısı oldu və öz uğurunu davam etdirib 22 yaşında aparıcı modelyer oldu.21yaşında tanış olub evləndiyi Lui Riççi ilə evlənir və bu evlilikdən Robert adında bir oğlu olur.Bir neçə il sonra bu evlilik sonların amma buna baxmayaraq onların münasibətləri dostcasına davam edir və o Riççi soyadını atmır.Boşandıqdan sonra Robert ilə tək başına qalan Nina ağır şərtlərdə dayanmadan işləyir.

1905-ci ildən etibarən o “Raffin” moda evində işləməyə başlayır və bura onun şöhrəti üçün uğurlu addım olmuşdur.1918-ci ildə Nina bu şirkətlə əməkdaşlıq edir və şərik olur.Nina “Raffin” moda evi ilə təxminən 20ildən çox işləyir.Lakin buranın bağlanmasından sonra o bir müddət ara verir.Buna baxmayaraq Robert anasını razı salır və geyim istehsal edən şirkət açırlar.Və nəhayət 1932-ci ildə “Nina Ricci” markası yaranır.

Nina öz kolleksiyalarında sadə geyimlərlə böyük sənət əsərləri yaradırdı.O öz müştərilərini yaxşı tanıyır,qadın zərafətini ön plana çıxarmaq üçün ipək,məxməri lentlər,broşlar vasitəsilə geyimlərinə xüsusi gözəllik qatırdı.

1937-ci ildə“Vogue” jurnalında onun kolleksiyası haqda uzum məqalə dərc olunmuşdu və bu o dövr üçün(elə indi üçündə) böyük uğur idi.1945-ci ildən sonra satışları daha da artırmaq üçün Robertin səyi nəticəsində Luvrda 40moda evinin iştirak etdiyi nümayişdə iştirak etməyə “Nina Ricci” haqq qazandı.1970-ci ildə 30 noyabrda vəfat etdi.

Marka yalnızca geyimləri ilə deyil ətirləri ilədə öz adından söz etdirməyi bacarırdı.

💥1946-ci ildə Robert yeni uğuru olan ” Joir Coeur” ətrinin təqdimatını etdi.Ətrin tərkibini Jermen Selyeni,qablaşdırmanı isə Mark Lakik və Kristian Berera hazırlamışdır.

💥1948-ci ildə “L’Air Du Temps” ətrini təqdim etdi.Ətrin dizaynı Mark Lakikə məxsus idi.Bu ətrin qeyri adi qoxusu var idi və 60 il ətrin tərkibi gizli qaldı.Robert bu ətri öz sevgilisinə həsr etmişdi.

💥1952-ci ildə “Fille d’Eve” ətri istehsal olundu.

💥1987-ci ildə “Nina” ətri Nina Riççiyə həsr olundu.

💥Onun eyni məhşurluqdaki ətirlərində biri də “Love in Paris” ətri idi.

💥2001-ci ildə “Premier Jour” ətri Sofi Labe tərəfindən istehsal edildi.

Bugünə qədər “Nina Ricci” öz məhşurluğunu qoruyur.

Qızlar əgər bura qədər oxudunuzsa instagramda şəklin altına 🌸Sizə ilham verən məhşurun adını yazın.😄Bəlkə növbəti post elə onlardan biri oldu.

Reklamlar