İllər boyu dəyişən qadın gözəlliyi/ideal female body type throughout the centuries

İllər boyu dəyişən qadın gözəlliyi/ideal female body type throughout the centuries

Hər kəsə salam.Qadınların gözəlliyi,çəkisi,bədəni çox uzun illərdirki müzakirə edilir.Hər kəsin özündə və ya qarşı cinsdə bəyəndiyi özəlliklər fərqlidir: balıq ətli,bəziləri arıq,qısa,uzun,sarışın,əsmər və s.

İndiki dövrdə qadınların qarşısına standart bədən fiqurası qoyulur və hər kəs o fiquraya sahib olmaq üçün ya ölümcül pəhrizlər edir,ya da estetik əməliyyatlara üz tutur.Bu gözəllik anlayışı hər əsr,hər il müxtəlif olmuşdur.Əgər maraqlıdırsa oxumağa davam edin 🙂

1850-1870illər-Bu illərdə qadınların bel incəliyi 43sm-dən çox olduqda o eybəcər,kök hesab edilirdi.İncə bel,geniş və aşağı meyilli çiyinlər,geniş ombalar gözəl fiquranın rəmzi idi.

1880 illər-Korset geyinilmiş kimi incə bel,geniş omba və omba ilə eyni genişlikdə çiyinlər gözəl qadın olmaq üçün kifayət idi.

1890illər-Geniş və dik çiyinlər,korsetli bel, geniş,böyük və dik omba.Bu illərdə sinələr qabarıq şəkildə önə çıxmalı,omba mümkün qədər arxaya  doğru olmalı idi.

7b6374b53ce68eaaefe7aac05f02c7be--victorian-portraits-victorian-shoes

1900illər-Bu illərdə qadınlar incə bel kompleksindən azad olmağa başlamışdılar.Dar korsetlərin ipləri artıq yavaş-yavaş boşalmağa başlamışdı və sağlamlıq ön plana çəkildi.StateLibQld_1_202003_Woman,_wearing_a_large_feathered_hat_and_boa,_posing_for_a_portrait,_1900-1910screenshot_20171112-155005298967131.png

1920illər-Bu illərdə  artıq korsetlər dəbdən düşmüşdü.İşıltılı, rəngli geyimlər,bol kəsim donlar ön planda idi.Bu dövrdə kişi bədən quruluşu daha çox rəğbət görürdü.

indir (2)screenshot_20171112-155010404924459.png

1940illər-Bu illərdə düzbucaqlı fiqura daha çox sevilirdi.Omba və çiyinlər eyni genişlikdə olmalı lakin qadına xas incəliklər özünü göstərməli idi.

women-style-1940-ladies-vintage-watches-clothes

1960İllər– Qadınlar yüksək bel klassik kəsim şalvarlar geyinməyə başlamışdı.Bu incə və uzun ayaq  və fit görüntü yaradırdı hansı ki,qadınlar arasında bu görüntü daha çox sevilirdi.

screenshot_20171112-1552471336992387.png

1990illər-Bu dövrdə kiçik sinə və omba arıq “model” fiqurası ön planda idi.

 

2000illər-kiçik omba və orta sinə ölçüsü sizi ideal görüntü üçün kifayət idi.

21th-century-fashion-history-2000-2010

2010-dövrümüz-Dolğulu və həddindən artıq böyük popo,mümkünsə eyni böyüklükdə sinə və incə,korsetli bel 21əsrdə sizi gözəl etmək üçün kifayətdir.Bu yolda edilən estetik əməliyyatlar,taxılan slikonlar,çıxarılan qabırğalar günümüzdə insanların ən böyük məqsədinin gözəl görünmək olduğunu göstərir.Bunlara səbəb sosial medyanın bizim beynimizə yeritdiyi bir sıra qaydalardır.

1.Gözəl olmasan tək qalacaqsan.

2.Gözəl olmasan aldadılacaqsan.

3.Bu dəbdi səndə et.

Arıq və ya balıq ətli,uzun və ya incə, əsmər və ya sarışın necə olmağından asılı olmayaraq hər qadın gözəldir.Gözəl olmaq üçün baxımlı olmaq,düzgün qidalanmaq,idman etmək bəs edir.

 -Hər zaman gözəl qalın!💜

Əgər sona qədər oxudunuzsa son postun altına 💜 🌸 qoymağı unutmuyun.

 

 

Reklamlar
Payız-qış kapsul garderop

Payız-qış kapsul garderop

Hər kəsə salam.Başlıqdan da gördüyünüz kimi bu post Kapsul garderob haqqında olacaq.Əvvəlki postların birində yaz-yay garderobu necə olmalıdər qeyd etmişdim.Onu oxumaq üçün bura klikləyin.Bugün isə Payız-qış garderobu haqqında yazacağam.

Less is more.-Az çoxdur.
Bu cümlə sizə çox mənasız və məntiqsiz gələ bilər.Əslində daha çox məna daşıyır.Yəni,biz daha az əşya ilə daha böyük işlər görə bilərik sadəcə creativ düşünməyimiz lazımdır.
Payız və qış aylarına uyğun necə garderob hazırlayaq?
Ümumiyyətlə,kapsul garderobun əsas xüsusiyyəti geyimlərin  baza rənglərdə seçilməsidir.Yəni,ağ,qara,boz,tünd göy,xaki,camel rənglər daha asan kombinasiya olunur və hər zaman dəbdədir.
✔Baza rənglərdə vadalaska(sveater),palto qarderobunuzun əsas parçası olmalıdır.Bildiyimiz kimi,bu rənglər hər zaman dəbdə olur və daha asan kombinlənir.
✔Ağ,mavi rənglərdə köynəklər.Bunlar həm boyfriend tərzində yəni, “oversize” ola bilər,həmçinin də bədənə yapışan.Öz tərzinizə uyğun olanı seçə bilərsiniz.Həm qara,həmdə cins şalvar və ətəklərlə ideal kombin edə bilərsiniz.
✔Beretlər,şlyapalar,yun papaqlar.Qara,camel,tünd göy rənglər hər zaman üst geyiminizlə doğru kombin yaradacaqdır.
✔Dəri gödəkçə-Sadə qara dəri gödəkçələr əksər bədən tiplərinə yaraşır,cool və tərz görünür.Zamansız parçalardı deyə bilərik.
✔Cins gödəkçə-Həm rahat,həm cool,həm də tərz görünmək istəyirsinizsə mütləq almalısınız.Bir çox  geyimlə rahat kombin edilir.Alarkən sadə yəni,naxış və cırıq,yama detayı olmayan gödəkçə seçməyə diqqət edin.
✔Blazer gödəkçə-həm klassik,həm casual stildə looklar hazırlamaq üçün çox gözəl parçadır.Klassik ətək və ya şalvarla kombinlədikdə iş looku;cins şalvarlarla kombinlədikdə isə daha günlük look əldə edə bilərsiniz.Şəkildə gördüyünüz blazer @stradivarius dan 79.90azn-ə əldə etmişəm.Bu linkə klikləyərək saytda görünüşünə baxa bilərsiniz.
✔Qara don-Ən qurtarıcı geyim olduğunu deyə bilərəm🤚Üstünə qısa dəri gödəkçə,aksesuar və bot oldu sizə qış kombini😃
✔Botlar,çəkmələr-Qara rəng yenə əvəz olunmazdır.Qara və dəri alsanız daha uzun müddətli istifadə edə bilərsiniz. 

✔Kostyumlar,dəstlər-Həm ayrı-ayrı parçalar şəklində,həm də dəst halda geyinərək looklar yarada bilərsiniz.
💸Mənim fikrimcə kapsul garderob hazırlayarkən bir qədər keyfiyyətli məhsul almaq lazımdır.Bu zaman geyimləriniz həm daha uzunömürlü olacaq,həm də daha gözəl görünəcək.💖
Postu sonu qədər oxudunuzsa  instagramda son şəklin altına 💜💛💙💚🖤💟💖❤ Ürək emojisi yazmağı unutmayın.

NYX artıq bizimlə!

NYX artıq bizimlə!

Salam gözəllər.👋Artıq bir neçə həftədir NYX-in Azərbaycanda  ilk rəsmi mağazasının açılacağınıbilirdik.Dünən yəni,23 sentyabr 10:00-da Gənclik mall-da NYX mağazasının açılış mərasimi oldu.Bir sıra hədiyyələr açılışa gələn qonaqlara paylanıldı.İlk 200nəfərə istənilən alış-veriş qarşılığında top3 məhsuldan ibarət dəst verildi.İlk 200 nəfər içərisində yer tuta bilməyənlər isə 70manatlıq alış-verişə də hədiyyələr verildi.♥
🎈Mən  ilk 200 arasında olmasamda çoxdandır istədiyim NYX SOFT MATTE dodaq boyasının Kopenhagen rəngini əldə etdim.Sizin üçün instagramda fikirlərimi ayrı bir postda  bölüşəcəm.💄💄


♥Açılışa kimlər gəldi kimlər😃
✔18:00-da @makeupby_gunes xanımın masterklassı oldu.
✔12:00-13:00arası @moouradi mavtoqraf verdi və sevənləri ilə şəkillər çəkdirdi.

✔Bir çox blogger açılışa qatılmışdı.Hətta açılış lentini sevdiyim beautyblogger @eh_laleh etdi.Çox zərif yaşıl kostyum dəsti geyinmişdi.Çox tərz görünürdü.😍
✔15:00-da @elnurhasanov__ un masterclassı baş tutdu.
✔21:00-da isə bağlanışı  questpistolsshow etdi.

Açılışın aparıcısı @hüsniyəm idi
Həddən artıq insan və uzun sıra olmasına baxmayaraq maraqlı idi.Bunun üstünə münasib qiymətlərin olması kefimi daha da yüksəltdi.Maraqlı gün idi✌
🤔Bəs siz açılışa qatılmışdınız?Sizcə necə idi?Fikirləriniziinstagramda son posta yazmağı unutmayın.

 


Sizi maraqlı şəkillərlə baş-başa qoyuram.
💕Sevilirsiniz.

NEW YORK MODA HƏFTƏSİ

NEW YORK MODA HƏFTƏSİ

Biz payıza yeni keçmişkən dizaynerlər yaz-yay kolleksiyalarını tanıtmağa başladı.7sentyabr-15 sentyabr arasında baş tutan NYFW SS18-də baş verənlər,diqqət çəkən nüansları sizinlə bölüşəcəm.Xoş oxumalar…

Rihannanın Puma ilə ortaq kolleksiyası öz sözünü dedi və gündəmə oturdu.Çəhrayı qumlu,motosikletlər  ilə səhnə şovları  çox bəyənildi.Topuqlu “vetnamka”lar  geyimlər içərisində diqqət çəkirdi.

MANSUR GABRİEL  FALL-WINTER17/18

Öz çantaları ilə tanınan Mansur Gavriel ilk hazır geyim kolleksiyası ilə podyumda yerini aldı.Nude tonlarla yanaşı sarı,qırmızı,xardal rənglər əksəriyyət təşkil edirdi.Dizaltı üst geyimlər,maskülen tərzdə kostyumlar olmazsa-olmazlardan idi.

wp-image-1815795663

VİCTORİA BECKHAM SS18

Bu xanımı çox bəyənirəm eləcə də,kolleksiyasını çox bəyəndim.

Kolleksiyada əsas rənglər; mavi və tonları,ağ və qaranın mükəmməl uyumu,somon,qırmızı

Zolaqlar,midi paltolar,midi ətəklər,klassik şalvarlar idi.

3.1 PHİLLİP LİP SS18

Bəyəndiklərim arasında öz yerini aldı.Buna səbəb isə sadə,rahat eyni zamanda diqqət çəkən olması idi.

ANNA SUİ SS18

Heç sevmədiyimi qeyd edib sizinlə şəkilləri bölüşmək istiyirəm.Hippi tərzini xatırlatdı bütün geyimlər.Siz nə düşünürsünü?Sadəcə Gigi Hadidin geyindikləri biraz cəzb edici idi.

Oscar de la Renta SS18

Demək olarki hər parçasını almaq istədiyim kolleksiya idi.Çox bəyəndim…

CALVİN KLAİN SS18

Kolleksiyaya göz atdıqda püsküllər,zolaqlar,ağ və qaranın ahəngi özünü göstərir.Çiyinlər hər zamanki kimi çöldə 😉

Prabal Gurung SS18

Rənglər: tonsürton,mavi,yaşıl,ağ,xardal.Volanlar donlarda və köynəklərdə daha çox istifadə olunub.Kök(Havuç-az tv iş başında) model klassik şalvarlar bu il trend olacaq .

 

 

Mənim sevdiklərim və sizə çatdırmaq istədiklərim bu qədər idi.Digərlərini izləmək istəsəniz RUNWAY  və NYFW instagram səhifəsinə göz ata bilərsiniz.Sizin sevdikləriniz kimlər oldu?Bura qədər oxudunuzsa instagramda son postun altına “kəpənək” yazın və ya sadəcə emojisini qoyun.Öpüldünüz

Gələcəkdəki “mən”ə salam

Gələcəkdəki “mən”ə salam

Doğuluruq…

Böyüyürük…

Böyüyürük…

Uşaq olanda böyüməyin ən gözəl şey olduğunu zənn edirik.

Amma “ömrü uzun yox,mənalı yaşa”- deyirlər.

Həyatımızı bacardığımız qədər mənalı etmək üçünsə,nəsə etməyə çalışırıq.

Ömrümüz boyu hara isə tələsirik,qaçırıq.

Bəzən bu tələsmələr,qaçmalar sadəcə vaxt itkisindən başqa bir şey olmur.
Amma əziyyətlərin sonunda bəhrə görmək,sanki insanın ömrünü bir neçə il uzadır.Həqiqətən də belədir.

Məşhur alimlərdən birinin belə bir sözü var:”Ən gözəl hiss zəhmətdən sonrakı istirahətdir”.(Təbii ki,halal zəhmət).

İnsan oğlu əlində olanlara şükr etməyi bilməyən varlıqdır.Hansı ki,onun sahib olduqlarına həsəd aparanlar çoxdur.Ömrümüz boyu bizdən yuxarı səviyyəlilərin sahib olduqlarını istəmişik,həsəd aparmışıq.Amma həyat bunla keçmir,gözəl dost!
“CARPE DİEM”deyə gözəl bir ifadə var,yəni “anı yaşa”.Həqiqətən,çətinlikdən,problemdən belə zövq almağı bacarmalıdır insan.

Belə,dostlar,bəzən gözümüz bir nöqtəyə zillənəndə,yaxud başımızı yastığa qoyanda,olub bitənləri,keçmişi və bir də gələcəyimizi “gözdən keçiririk”.Qısaca,xəyal qururuq.

Xulya deyilən bir şey var,yəni sadəcə olmayan şeylərin xəyalını qurmaq.Bu normal hal deyil.

İnsan ola biləcəyi,bacara biləcəyi şeylərin xəyalını qurmalı və tədricən həyata keçirməlidir.Bax o zaman gələcəkdəki “mən” profilini canlandırmış oluruq,xəyal qurub gələcəyə səfər edərkən gözlərinin içi gülürsə,o məqsədin 50% olub deməkdir.

1 dəqiqəlik gələcəkdə(yəni 10-15 il sonra)özünüzü canlandırın.İnsan ancaq müsbət fikirləşir hə?Ancaq özünü haralardasa,yuxarı səviyyələrdə görür,məsələn,heç kəs özünü xəstə,dilənən,şiddət görən və ən əsası da qara torpaqda təsəvvür etmir,çünki insan yalnız olmaq istədiyi kimi canlandırır özünü.

Belə sual çıxır,bəs bu gün şükr etməyən adam niyə Allahdan gələcəkdə özü üçün ən yaxşısını istəyir?  Gələcəkdəki sizin üçün nə edirsiniz? Kitab oxuyursunuz? Dil öyrənirsiniz?Özünüzü inkişaf elətdirirsiniz? Yaxşılıq edirsiniz? 

Gələcəkdəki “mən”ə salam olsun.Söz verirəm sənin üçün ən yaxşısını edəcəm.

1həftə 3ölkə!

1həftə 3ölkə!

Hər kəsə salam.Bugün  1həftəlik tətilimi qısa şəkildə sizinlə bölüşmək istəyirəm.Onu deyimki,burada nə qədər pul  xərclədiyimu sizinlə bölüşməyəcəyəm.Digər bütün suallara açığam.👐

Biz Gürcüstan,Türkiyə,Naxçıvan,İran olmaqla 1həftəlik tətil etdik.Sıra ilə nələr etdim,haralara getdim sizin üçün qısa şəkildə yazmağa çalışacam.😇
Gürcüstan-sadəcə 1gün qaldım və çoxda ürək açan ölkədir deyə bilmərəm.Mən Tiflis və Barjomidə oldum.Tiflisdə getməli olduğunuz 2-3yer varki onlar Köhnə Tiflis,Kristal körpüdür.Bəs Gürcüstana gəldim nə yeyib,nə içim deyirsinizsə sizin üçün aşağıda qeyd edəcəm.
 Xingəl-4ədədi 6lari
Xaçapuri-5lari
Lavantalı kofe-qiymətini xatırlamıram
Mərkəzdən aralıda yerləşən otellər bizim  pul ilə 10manatadır.
Tiflis Bakının əvvəlki vaxtları kimidir.Müasirləşməmiş,təmirsiz binalar,mağazalar və s. hər yerdə mövcuddur.Burada “I love Tbilisi” wifi’dan pulsuz istifadə edə bilərsiniz.
Türkiyə Ardahan-Türkiyənin havası,təbiəti ayrı gözəl idi.Biz Şehri-Kür restoranında yedik qiymətləri münasib idi.Dadları isə bəyənildi.
Quzu kabab (bulgur plov ilə)-18tl
Ayran-6tl
Su-1tl
Cola-3tl
Naxçıvan-Təmiz küçələr,təmiz hava,meyvələr,güllər-çiçəklər.Bir sözlə əla.Maşınla gəlmisinizsə lap əla.
1.gün Asab kəhfə getdik.Əvvəlcə qurban kəsdikdən sonra dağa qədər qalxdıq.Şəfa daşında uzandıq,niyyət edib dualarımızı etdik,daha sonra “damcı” olan hissəyə gəldik.Burada heç bir su qaynağı olmadan qayadan su damcılıyır.Əgər duanız qəbul olacaqsa üstünüzə damcı düşür.Mən belə şeylərə inanmasamda başıma və yanağıma damcı düşdü.👐
2.gün Batabata getdik.Burada böyük gölün üstündə üzən ada varki,ilin fərqli vaxtlarında bataraq yerinu dəyişir.Elə həmin ərazidə Zor bulaq adlanan yer varki suyun temperaturu dəhşətdir.İçində əl saxlamaq mümkün deyil.Burada piknik etmək hər kəsə məsləhətlidir.
Digər günlər Baş bulaq,Qızlar bulağı və s. yerlər,qohumlar və s. ziyarət edildi.
Naxçıvana gəlsəniz mütləq yeməlisiniz:
1.Qoz mürəbbəsi🌰
Ümumilikdə desəm Naxçıvan çox gözəldi 2-3həftə qalıb dincəlmək super olardı.Gürcüstan,İranda şəhərlər sanki inkişaf etməyib.Max 3gün sonra adam sıxılar.Türkiyə isə hər zamanki kimi əla baxmayaraqki,biz  inkişafın zəif getdiyi hissəsinə getmişdik.Hər şey əla idi.İnternetdən qismən uzaq,sakit,təbiətlə iç-içə bir istirahət oldu.Hər kəsə xoş istirahətlər.👐🤗

Əgər bura qədər oxudunuzsa son postun altına 🚗 və ya “maşın” yazın.

Yulaflı peçenyələr

Yulaflı peçenyələr

Salam.Uzun aradan sonra sizə yulaflı  peçenyelərimi sizinlə bölüşmək istəyirəm🍪Pəhrizdə olanlar da istifadə edə bilər😘

●Tərkib●
1/2  st kokos,1/2st qoz rəndəsi
1st zeytun yağı
2st yulaf
1/2st quru meyvə.
1st tam buğda unu
1qabartma,1ç/q soda
2x/q bal
3x/q su,1x/q süd.
▪Hazırlanışı▪
Kokos,un,yulaf bir qabda qarışdırılır.Quru meyvə,qoz,soda,qabartma əlavə edilib qarışdırılır.Zeytun yağı,süd,su,bal əlavə edilib bərk olana qədər qarışdırılır.Yağlı kağızın üstünə istədiyiniz formada qoyub 180°C-də 10dəq bişirin.Çox saxlamayın soyuduqdan sonra bərkiyəcək.
1fincan kofe ilə yeyin.Nuş olsun!😀
Əgər məni instagramdan izləmirsinizsə bura tıklayın👉izlə məni