Kiçik Şəki turum.

Kiçik Şəki turum.

Salam.Necəsiniz ballar?Bugün sizə 2günlük Şəki gəzintimdən danışacağam.Əslində bura toy üçün getsəmdə gəzmədən edə bilmədim.Şəkiyə gedərkən yol üstündə bütün rayonlarda gəzərək şəkillər çəkdirdim.İstirahət etmək üçün əsl vaxt may ayıdır.Hər tərəf yaşıllıq,rəngarəng çiçəklər,hava isə bir qədər soyuq idi.Biz 7nəfərlik bir komanda ilə getdik səhər və günorta yeməyi,2dəfə çay süfrəsi daxil olmaqla cəmi 30azn xərcim çıxdı.Şəkidə gəzdiyimiz müzeylərin pulu isə bura daxil deyildi.✌

Yolüstü Qəbələ,Oğuz,İsmayıllı rayonlarında dayanaraq biraz ətrafı gəzdik.Yaşıllıq,təmiz hava,buz kimi suyu çox gözəldir.Mənim fikrimcə  bir neçən ilə Bakıdan daha gözəl bir yerə çevriləcək.

20170427_131519.jpg

Şəki Xan sarayına giriş üçün 5azn ödəyib içəri daxil olduqdan sonra hər kiçik müzey  üçün 2azn ödənilir.Içəridə tarixi xalçalar,qablar,tarixi əşyalar var)))

Şəkiyə gedərkən mütləq etməli olduqlarınız:

1.Şəki Pitisi yemək

2.Şəki halvası yemək.Ən məşhuru ƏliƏhməd şirniyyat evi

3.Şəki Xan sarayını gəzin.

4.Kiş Alban Kilsəsini gəzin.

5.Şəki Xalq İncəsənət müzeyini gəzin.

Həftəiçi kiçik bir gəzinti oldu.Xarici ölkəyə çıxış imkanı olmayanlar Azərbaycanın çox əla turistik regionlarına yollarını salsınlar.

Bura qədər oxuyanlar instagramda son şəkilin altına Mavi ürək emojisi qoysun.Öpüldünüz)))

Reklamlar
Rusiya-ST.Petersburg

Rusiya-ST.Petersburg

Salam qizlar.Blogdakı ilk məqaləm səyahətimlə bağlı olacaq.İstiqamət RUSİYA…

Bundan 2 il əvvəl 16yaşımda ilk dəfə Rusiyaya getdiyimdə tamamilə səhv çamadanla getmiş və 2parça paltarla 1ay keçirmək məcburiyyətində qalmıştım.Bu səfər eyni səhvə düşməmək adına həm hava proqnozuna nəzar yetirdim, həm də keçən səfərdən  dərs alaraq daha əlverişli çamadan hazırladım.Əgər fürsətiniz olsa və bu gözəl şəhərdə tətil etmək istəsəniz  sentyabr, oktyabr aylarına uyğun yüngül yağışlı havaları düşünərək çamadan hazırlayın.En çox istilik 26 dərəcə olur bunu da bir yerə qeyd edin.Onu bunu boş verin amma çox gözəl gəziləcək tarixi yerlər var. Muzeylər, saraylar, kafelər, alış-veriş mərkəzlərini saymıram belə.Tek problem varki, alış-veriş üçün heç uyğun değil.Niyə mi? Qiymətlər əl yandırır

ERMİTAJ MÜZEYİ-Dünyanın bütün mədəniyyətlərini özündə birləşdirən bir tikilidir.

Peter ve Paul kalesi-Neva çayının üzərində yer alır.

 Peterhof-buranın əsası DƏLİ PEDRO tərəfindən qoyulub.Dəli Pedronun heykəlinin qucağına qəpik atsanız diləkləriniz gerçəkləşə bilər.Görək diləyim gerçək olacaq?😋

Ümumiləşdirsəm,yaşıllıq insana hüzur verir.Parklar,göllər və ən maraqlısı Neva çayında tur etmək əvəz olunmazdır.

Peter ve Paul qalası-Neva çayının üzərində yer alan tikilidir.Özündə tarixi birləşdirib.

Əgər həm gəzmək,həm öyrənmək istəyirsinizsə bura əla seçimdir.Dünyanın hər yerindən insan tapa bilərsiniz,turistlərin çox olmağına baxmayaraq çox sakit yerdir.

İNSTAGRAM   @itsmeulviyye