Genel · MOTIVASIYA

Hədəflərə çatmaq üçün 5yol.

Salam ballarım.Necəsiniz?Bugün boş vaxtım çox olduğundan sizə post yazım dedim və çoxumuza maraqlı ola biləcək bir mövzuda öz üsullarımı bölüşmək istədim.Hazırsınızsa keçək posta…

1.Həyəcan və narahatçılıq.

Bir işə yeni başlayarkən hər kəs “necə edəcəm?”,”qorxuram axı” tipli cümlələr  qurur.Əgər uğurlu bir iş alındırmaq istəyirsinizsə və ya hədəflərinizə daha tez çatmaq istəyirsinizsə içinizdəki bütün narahatçılıqları,qorxuları,yersiz həyəcanı atın.Nə üçün “yersiz həyəcan” dediyimi indi izah edəcəm.Əgər bir işə başlamaq üçün içinizdə heç həyacan olmazsa onu etmək üçün yetərincə motivasiyanız olmayacaq və ya başladığınız işi yarımçıq qoyacaqsınız.

2.Keçmişi unut gələcəyə bax.

Yeni işə başlayarkən,gələcək üçün yeni planlar qurarkən keçmişdəki bütün səhvlərinizi,uğursuzluqlarınızı boş verin.Gələcəyiniz üçün çıxdığınız bu yolda yıxılacaqsınız amma yenə ayağa qalxdığınız müddətcə nələrisə bacaracaqsınız.Başqa cür imkansızdır.

3.Ətrafınızdakı lazımsızları təmizləyin.

Lazımsızlar kateqoriyasına insanlar,əşyalar,musiqilər və s aid edirəm.Sizi hədəflərinizə gedən yoldan zorla çəkən,istiqamətinizi dəyişdirən insalar sizin məhz yaxınlarınız olacaqdır.Bəzən sevgiliniz,bəzən nişanlınız,bəzən ananız,bəzən ən yaxın dostunuz.”Qadın geyim markası açmaz”, “mənim sevgilim ancaq evində oturmalıdır”, “Sən boş-boş xəyallar qurursan”, “Arvad uşaqlarına baxar,əri çörək qazanar” bu tip cümlələr çox heyiflər olsunki günümüzdə də çox tez-tez eşidilir.Siz hədəflərinizin,məqsədlərinizin arxasında olun,belə insanları həyatınızdan çıxarın.Unutmayın sizi siz edən etdiklərinizdi,işlərinizdi həyatınızdakı 3-5 insan deyil.Məsələn,kariyeranız bir səhər oyanıb “mən səni sevmirəm” deyə bilməz)))

Hər yeni gün,insanların edə bilməyəcəyinizi etmək üçün yeni bir fürsətdir.

–Hilmi Işıkören

 

4.Başqalarının fikirlərini dinləyin amma çoxda önəmsəməyin.

İnsanlar siz bacardıqca,səsinizi duyurduqca sizi qısqanacaqlar.Bu sizin doğru yolda olduğunuza işərətdir.Bir müddət sonra “məncə sən səhv edirsən”, “belə eləməsən yaxşı olaree” kimi cümlələr quracaqlar.Boş verin bu boş cümlələri.

Sənin haqqında deyilən pis sözlərə fikir vermə.Hətta sən suyun üstündə gəzə bilsəydin belə əmin ol ki kimsə deyəcəkdi: “Ona bax üzməyi bacarmız”

–Marqaret Tetçer.

5.Özünə inan.Şüphə etmə.

Özünə inam ən vacib olan şeydir.Dozundan artıq olduqda “ego”ya çevrildiyi üçün bəzən təhlükəli hal alır.Ağıllı qadınlar bunu dozunda tutmağı bacarır.Heç vaxt özündən şüphə etmə.Sən bacaracaqsan nələrisə qurban verəcəksən,kimlərisə itirəcəksən,yeni insanlar qazanacaqsan.Onu bilki sonunda sən xoşbəxt olacaqsan.

Özünüzü sevin,inanın.Xoşbəxt olmaq sizin də haqqınızdır.

 

MOTIVASIYA

Başqalarını səssizə al.

Bəzən böyük həvəslə bir xəyalını gerçəkləşdirmək üçün yola çıxırıq.”ƏN” yaxınlarınıza hətta valideynlərimizə bu xəyallardan bəhs edərkən gülüş obyektinə çevrilirik.Gülüşlər,lağları eşidirik.Sizə bir məsləhətim var:”Qulaqlarınızı onlara qarşı tıxayın”Necə deyərlər onlara qulaq asın amma öz bildiyiniz yoldan çıxmayın.

9a385af7b4cb08d2aa44402b91119235

İnsanlara xəyallarınızı deməyin.Onlara göstərin.Əgər bu sizin mottonuza çevrilsə qıraqdan gələn “Sən edə bilməyəcəksən” sözlərinə cavab olaraq “Mən etdim” deyə bilərsiz.

Xəyal edin və gerçəkləşdirin.Blog açmaq istəyirsinizsə açın,rəqs etmək istəyirsinizsə edn,dil öyrənin,şəkil çəkin.Nəticə nə olacaq deyə düşünməyin,sadəcə arzularınızı gerçəkləşdirin.Bu gün edin sabaha və ya başqa bir günə saxlamayın.Nə üçün indi yox

Arzulara gedən yolun düsturunu yaz desələr mənim üçün belə olardı:

Səbəb+hədəf+hərəkət et+bacar=UĞUR

Sizin məqsədə gedən yolda qarşınıza çıxan maniələr nələrdir?Sizin həyat düsturunuz nədir?

İnstagram: @ulvyeh_blog