Payız-qış kapsul garderop

Payız-qış kapsul garderop

Hər kəsə salam.Başlıqdan da gördüyünüz kimi bu post Kapsul garderob haqqında olacaq.Əvvəlki postların birində yaz-yay garderobu necə olmalıdər qeyd etmişdim.Onu oxumaq üçün bura klikləyin.Bugün isə Payız-qış garderobu haqqında yazacağam.

Less is more.-Az çoxdur.
Bu cümlə sizə çox mənasız və məntiqsiz gələ bilər.Əslində daha çox məna daşıyır.Yəni,biz daha az əşya ilə daha böyük işlər görə bilərik sadəcə creativ düşünməyimiz lazımdır.
Payız və qış aylarına uyğun necə garderob hazırlayaq?
Ümumiyyətlə,kapsul garderobun əsas xüsusiyyəti geyimlərin  baza rənglərdə seçilməsidir.Yəni,ağ,qara,boz,tünd göy,xaki,camel rənglər daha asan kombinasiya olunur və hər zaman dəbdədir.
✔Baza rənglərdə vadalaska(sveater),palto qarderobunuzun əsas parçası olmalıdır.Bildiyimiz kimi,bu rənglər hər zaman dəbdə olur və daha asan kombinlənir.
✔Ağ,mavi rənglərdə köynəklər.Bunlar həm boyfriend tərzində yəni, “oversize” ola bilər,həmçinin də bədənə yapışan.Öz tərzinizə uyğun olanı seçə bilərsiniz.Həm qara,həmdə cins şalvar və ətəklərlə ideal kombin edə bilərsiniz.
✔Beretlər,şlyapalar,yun papaqlar.Qara,camel,tünd göy rənglər hər zaman üst geyiminizlə doğru kombin yaradacaqdır.
✔Dəri gödəkçə-Sadə qara dəri gödəkçələr əksər bədən tiplərinə yaraşır,cool və tərz görünür.Zamansız parçalardı deyə bilərik.
✔Cins gödəkçə-Həm rahat,həm cool,həm də tərz görünmək istəyirsinizsə mütləq almalısınız.Bir çox  geyimlə rahat kombin edilir.Alarkən sadə yəni,naxış və cırıq,yama detayı olmayan gödəkçə seçməyə diqqət edin.
✔Blazer gödəkçə-həm klassik,həm casual stildə looklar hazırlamaq üçün çox gözəl parçadır.Klassik ətək və ya şalvarla kombinlədikdə iş looku;cins şalvarlarla kombinlədikdə isə daha günlük look əldə edə bilərsiniz.Şəkildə gördüyünüz blazer @stradivarius dan 79.90azn-ə əldə etmişəm.Bu linkə klikləyərək saytda görünüşünə baxa bilərsiniz.
✔Qara don-Ən qurtarıcı geyim olduğunu deyə bilərəm🤚Üstünə qısa dəri gödəkçə,aksesuar və bot oldu sizə qış kombini😃
✔Botlar,çəkmələr-Qara rəng yenə əvəz olunmazdır.Qara və dəri alsanız daha uzun müddətli istifadə edə bilərsiniz. 

✔Kostyumlar,dəstlər-Həm ayrı-ayrı parçalar şəklində,həm də dəst halda geyinərək looklar yarada bilərsiniz.
💸Mənim fikrimcə kapsul garderob hazırlayarkən bir qədər keyfiyyətli məhsul almaq lazımdır.Bu zaman geyimləriniz həm daha uzunömürlü olacaq,həm də daha gözəl görünəcək.💖
Postu sonu qədər oxudunuzsa  instagramda son şəklin altına 💜💛💙💚🖤💟💖❤ Ürək emojisi yazmağı unutmayın.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s