Genel

Divarları birgə aşaq.

Bugün ailələr və biz gənclər haqqında danışacam.Mənim düşüncələrim haqqında bilmək istəyirsinizsə oxumağa davam edim.

Keçən dəfə instagramda “kəşf et” hissəsində qarşıma  çıxan bir paylaşımda yazırdıki “Dünyanı dəyişəcək insanlar 90ların uşaqlarıdır amma bu uşaqlar ailə basqısından,mentalitetdən bezərək ölkədən qaçmağa cəhd edir” Bu fikrin hər cümləsi doğrudur.Bir dönüb özümüzə,ətrafımıza baxaq.Neçəmiz olduğumuz yerdən razıyıq?

Ailələrimiz ətrafımıza divarlar çəkir.Bunu bizi qorumaq üçün etdiklərinidə çox yaxşı bilirəm.Yıxılmağımızı istəmirlər amma yıxıldığımızda dizlərimizdə yaranan hər yaranın bizə bir təcrübə olduğunu bəzən unudurlar.Bizə təcrübələrindən bəhs edərkən əslində bizim öz övladlarımıza verəcəyimiz təcrübələrdən məhrum edirlər.Valideynlər sənə güvənirəm amma ətrafa yox kimi bayağılaşmış cümləni şüar halına gətiriblər.Həyatı dərk etmək üçün yıxılaraq, yenidən ayağa qalxaraq öyrənə biləcəyimizi düşünmürlər.Yeniliklər öyrənmək,təcrübə qazanmaq,dünyanı kəşf etmək,dünyada iz qoymaq kimi bütün həvəslərimizi heç sayıb bizi idarə edirlər.Bunu bizi sevdikləri üçün etdiklərinidə bilirik.Amma bizim istədiyimiz arxamızda durub bizə arxa olmaqları deyil.Bizim istədiyimiz bizimlə birgə bu yolda yeriməkləridir.

Qız övladı olan valideynlər öz qızlarını çölə oynamağa göndərmirləki,ətrafdakılardan qoruyuruq.Məktəbə,universitetə göndərmirlərki,şəhər mühitində pozularlar.Qadın dediyin  başını aşağı salıb evində oturar,yemək bişirər,uşaq böyüdər.Bəs savadsız bir qadının böyütdüyü övlad necə biri olar? Məncə biraz bu haqda düşünmək lazımdır.Qorumaq adı altında uşaqlarınızı divarlar içində böyütməyin.

Oğlan övladı olan valideynlər isə doğulandan ana,ata sözü yerinə öz uşaqlarına söyüşlər öyrədirlər.Oğlandı edər,oğlandı gəzər,qoy bacısına qarışsın nidaları altında böyüyən uşaqların gələcəkdə hər hansısa bir yerə malik olmadığı açıq-aşkardır.

Analar,atalar…

Xəyallarımız var,məqsədlərimiz var.Böyükdə olsa məqsədlərimiz var.Yanımızda olun.Biz yıxılanda əlimizdən tutub bizi qaldırın.Arxamızda yox yanımızda olun.Bizi səhvlərimizlə sevin.Zəifliklərimizlə,nöqsanlarımızla bizi sevin.Yaşamağımıza,təcrübə qazanmağımıza,kəşf etməyimizə,sevməyimizə,aşiq olmağımıza icazə verin.Bizi 4divar arasına salmayın,o divarları birlikdə aşmaq üçün bizə kömək edin.

Biz sizi hər halınızla sevirik.Sizdə bizi hər səhvimizlə sevin.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s