Salam.Necəsiniz ballar?Bugün sizə 2günlük Şəki gəzintimdən danışacağam.Əslində bura toy üçün getsəmdə gəzmədən edə bilmədim.Şəkiyə gedərkən yol üstündə bütün rayonlarda gəzərək şəkillər çəkdirdim.İstirahət etmək üçün əsl vaxt may ayıdır.Hər tərəf yaşıllıq,rəngarəng çiçəklər,hava isə bir qədər soyuq idi.Biz 7nəfərlik bir komanda ilə getdik səhər və günorta yeməyi,2dəfə çay süfrəsi daxil olmaqla cəmi 30azn xərcim çıxdı.Şəkidə gəzdiyimiz müzeylərin pulu isə bura daxil deyildi.✌
Yolüstü Qəbələ,Oğuz,İsmayıllı rayonlarında dayanaraq biraz ətrafı gəzdik.Yaşıllıq,təmiz hava,buz kimi suyu çox gözəldir.Mənim fikrimcə bir neçən ilə Bakıdan daha gözəl bir yerə çevriləcək.
Şəki Xan sarayına giriş üçün 5azn ödəyib içəri daxil olduqdan sonra hər kiçik müzey üçün 2azn ödənilir.Içəridə tarixi xalçalar,qablar,tarixi əşyalar var)))
Şəkiyə gedərkən mütləq etməli olduqlarınız:
1.Şəki Pitisi yemək
2.Şəki halvası yemək.Ən məşhuru ƏliƏhməd şirniyyat evi
3.Şəki Xan sarayını gəzin.
4.Kiş Alban Kilsəsini gəzin.
5.Şəki Xalq İncəsənət müzeyini gəzin.
Həftəiçi kiçik bir gəzinti oldu.Xarici ölkəyə çıxış imkanı olmayanlar Azərbaycanın çox əla turistik regionlarına yollarını salsınlar.
Bura qədər oxuyanlar instagramda son şəkilin altına Mavi ürək emojisi qoysun.Öpüldünüz)))
Şəkidən kecmisem amma orada olmamisam. Bu yay Qebeleye gedende 1 gunumu Şəkiyə həsr etmək istəyirəm .
BeğenLiked by 1 kişi
Gəzəcəyin yerləri qabaqcadan seçib getmək daha yaxşı olar.Təbiət baxımdan Qəbələyə çata bilməz)))
BeğenBeğen