Genel · MOTIVASIYA

Hədəflərə çatmaq üçün 5yol.

Salam ballarım.Necəsiniz?Bugün boş vaxtım çox olduğundan sizə post yazım dedim və çoxumuza maraqlı ola biləcək bir mövzuda öz üsullarımı bölüşmək istədim.Hazırsınızsa keçək posta…

1.Həyəcan və narahatçılıq.

Bir işə yeni başlayarkən hər kəs “necə edəcəm?”,”qorxuram axı” tipli cümlələr  qurur.Əgər uğurlu bir iş alındırmaq istəyirsinizsə və ya hədəflərinizə daha tez çatmaq istəyirsinizsə içinizdəki bütün narahatçılıqları,qorxuları,yersiz həyəcanı atın.Nə üçün “yersiz həyəcan” dediyimi indi izah edəcəm.Əgər bir işə başlamaq üçün içinizdə heç həyacan olmazsa onu etmək üçün yetərincə motivasiyanız olmayacaq və ya başladığınız işi yarımçıq qoyacaqsınız.

2.Keçmişi unut gələcəyə bax.

Yeni işə başlayarkən,gələcək üçün yeni planlar qurarkən keçmişdəki bütün səhvlərinizi,uğursuzluqlarınızı boş verin.Gələcəyiniz üçün çıxdığınız bu yolda yıxılacaqsınız amma yenə ayağa qalxdığınız müddətcə nələrisə bacaracaqsınız.Başqa cür imkansızdır.

3.Ətrafınızdakı lazımsızları təmizləyin.

Lazımsızlar kateqoriyasına insanlar,əşyalar,musiqilər və s aid edirəm.Sizi hədəflərinizə gedən yoldan zorla çəkən,istiqamətinizi dəyişdirən insalar sizin məhz yaxınlarınız olacaqdır.Bəzən sevgiliniz,bəzən nişanlınız,bəzən ananız,bəzən ən yaxın dostunuz.”Qadın geyim markası açmaz”, “mənim sevgilim ancaq evində oturmalıdır”, “Sən boş-boş xəyallar qurursan”, “Arvad uşaqlarına baxar,əri çörək qazanar” bu tip cümlələr çox heyiflər olsunki günümüzdə də çox tez-tez eşidilir.Siz hədəflərinizin,məqsədlərinizin arxasında olun,belə insanları həyatınızdan çıxarın.Unutmayın sizi siz edən etdiklərinizdi,işlərinizdi həyatınızdakı 3-5 insan deyil.Məsələn,kariyeranız bir səhər oyanıb “mən səni sevmirəm” deyə bilməz)))

Hər yeni gün,insanların edə bilməyəcəyinizi etmək üçün yeni bir fürsətdir.

–Hilmi Işıkören

 

4.Başqalarının fikirlərini dinləyin amma çoxda önəmsəməyin.

İnsanlar siz bacardıqca,səsinizi duyurduqca sizi qısqanacaqlar.Bu sizin doğru yolda olduğunuza işərətdir.Bir müddət sonra “məncə sən səhv edirsən”, “belə eləməsən yaxşı olaree” kimi cümlələr quracaqlar.Boş verin bu boş cümlələri.

Sənin haqqında deyilən pis sözlərə fikir vermə.Hətta sən suyun üstündə gəzə bilsəydin belə əmin ol ki kimsə deyəcəkdi: “Ona bax üzməyi bacarmız”

–Marqaret Tetçer.

5.Özünə inan.Şüphə etmə.

Özünə inam ən vacib olan şeydir.Dozundan artıq olduqda “ego”ya çevrildiyi üçün bəzən təhlükəli hal alır.Ağıllı qadınlar bunu dozunda tutmağı bacarır.Heç vaxt özündən şüphə etmə.Sən bacaracaqsan nələrisə qurban verəcəksən,kimlərisə itirəcəksən,yeni insanlar qazanacaqsan.Onu bilki sonunda sən xoşbəxt olacaqsan.

Özünüzü sevin,inanın.Xoşbəxt olmaq sizin də haqqınızdır.

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s